Laçın Dövlət Rəsm Qalereyası, rayon Mədəniyyət evi, təhsil şöbəsi, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Yolumuz Heydər yoludur. Bu yol Vətənə doğrudur” adlı ümumrayon müsabiqəsi keçirilib.
Aprelin əvvəlindən start verilən müsabiqə mayın 7-də başa çatıb. Üç mərhələdə dörd nominasiya üzrə keçirilən yarışmada Laçın rayonunun mədəniyyət və təhsil müəssisələrini əhatə edən 45 kollektivdən 250-yə yaxın gənc istedad bacarığını nümayiş etdirib. Münsiflər heyətinin qiymətləndirməsindən sonra bədii qiraət, mahnı ifaçılığı, saz ifaçılığı, rəsm və əl işləri üzrə 36 qalib müəyyənləşib.
Rəsm müsabiqəsi üzrə I yeri Səfiyan kənd tam orta məktəbin VII sinif şagirdi Zəhra Allahyarova, bədii qiraət üzrə I yeri həmin məktəbin VIII sinif şagirdi Gülnar Musayeva tutub. Saz ifaçılığı üzrə qalib Ərdəşəvi kənd uşaq musiqi məktəbinin I sinif şagirdi Elvin Mehdiyev, mahnı ifaçılığı üzrə isə Laçın rayon 1 nömrəli uşaq musiqi məktəbinin IV sinif şagirdi Hacı Çobanov olub.
Qaliblər diplom və hədiyyələrlə təltif ediliblər.
Xaliq Dünyamalıyev,
Laçın Dövlət Rəsm Qalereyasının direktoru