Mayın 16-da Qazax rayon Mədəniyyət mərkəzinin qarşısında Mərkəzi kitabxananın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş kitab bayramı keçirilib.

Tədbiri MKS-nin direktoru Solmaz Babanlı açaraq ulu öndərin tarixi xidmətlərindən, onun rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb. Qeyd olunub ki, ümummilli liderin uzaqgörənliklə müəyyənləşdirdiyi strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə həyatının bütün sahələri kimi, mədəniyyət sahəsi də inkişaf edir, o cümlədən kitabxanalara dövlət tərəfindən diqqət və qayğı göstərilir, dövrün tələbinə uyğun kitab və elektron informasiya texnologiyaları ilə zənginləşdirilir.
Rayon İcra Hakimiyyətinin məsul işçisi və kitabxananın fəal oxucusu Fariz Vəliyev, şair Barat Vüsal kitabın təbliğinə, oxucu-kitabxanaçı ünsiyyətinə müsbət təsiri olan belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə gənc şairə Gülsənəm Cəlillinin “Azərbaycan örpəyim” adlı kitabının təqdimatı olub. Şair Kazım Kazımlı yeni şeirlərini söyləyib.
Şəhər 1 saylı orta məktəbin, humanitar və təbiət təmayüllü liseyin şagirdləri ulu öndərə həsr olunmuş, vətən, kitab haqqında şeirlər oxuyublar. Mədəniyyət mərkəzinin rəqs qrupunun üzvlərinin, şəhər 2 saylı musiqi məktəbinin saz müəllimi Elvin Səfərovun çıxışı, eləcə də gənc rəssamların əl işləri maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar