Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində 28 May - Respublika Gününə həsr olunmuş “Milli dövlətçilik tariximizin böyük epoxası” adlı rəsm sərgisi açılıb.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin rəsm studiyasının rəhbəri Aygün İbrahimova Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsindən söz açıb. Qeyd olunub ki, ilk cümhuriyyətimiz 23 ay yaşasa da, ötən əsrin sonunda xalqımız yenidən tarixi müstəqilliyinə qovuşdu. Bu gün Azərbaycan dünya birliyində layiqli yerini tutub.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə milli dövlətçilik tariximizi əks etdirən əl işləri nümayiş etdirilib. Müxtəlif nominasiyalar üzrə qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Q.Vəliyev adına şəhər Mədəniyyət mərkəzində Respublika Günü ilə bağlı seminar və ədəbi-bədii kompozisiya təşkil olunub. Mərkəzi kitabxanada isə “Müstəqilliyimiz əbədidir, dönməzdir” başlığı altında kitab sərgisi və dəyirmi masa keçirilib. H.Rzayeva adına 2 saylı uşaq musiqi məktəbində 28 May - Respublika Günü münasibətilə bayram konserti təşkil olunub. Dövlət Rəsm Qalereyası və Uşaq Rəssamlıq Məktəbi tərəfindən təşkil olunan rəsm sərgisi də maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar