Mayın 27-də Qazax rayon Mədəniyyət mərkəzinin akt zalında Respublika Günü münasibətilə “Ucalan bayraqlı Azərbaycanım!” adlı dəyirmi masa keçirildi. Rayon Mərkəzi kitabxanası ilə birgə təşkil edilən tədbiri MKS-nin direktoru Solmaz Babanlı açaraq müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yerindən danışdı. Bildirdi ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Xalq Cümhuriyyəti təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalıb. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi olub. Həmçinin kitabxana və muzey işinin təşkili sahəsində mühüm addımlar atılıb. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana vardı. 1919-cu ildə Azərbaycanda ilk muzey - İstiqlal Muzeyi təşkil olunmuşdu.
Tədbirdə MKS-nin direktor müavini Münəvvər Süleymanlı “Şərqdə ilk Demokratik Respublika” adlı məruzə ilə çıxış edib.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev çıxışında vurğulayıb ki, biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik.
Çıxışlardan sonra şagirdlərin ifasında Azərbaycana həsr olunmuş şeirlər, mahnılar və sazda el havaları səsləndirilib. Sonda “Ucalan bayraqlı Azərbaycanım!” adlı sərgiyə baxış keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar