"Mə­həm­məd Əmin Rə­sul­za­də­nin 130 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 22 no­yabr 2013-cü il ta­rix­li sə­rən­ca­mı­nın ic­ra­sı ilə əla­qə­dar ola­raq Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin, Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın, Təh­sil Na­zir­li­yi­nin və di­gər ai­diy­yə­ti qu­rum­la­rın tək­lif­lə­ri ümu­mi­ləş­di­ri­lə­rək Təd­bir­lər Pla­nı ha­zır­la­nıb. Mə­də­niy­yət ocaq­la­rın­da gör­kəm­li şəx­siy­yət və döv­lət xa­di­mi­nin yu­bi­ley təd­bir­lə­ri ke­çi­ril­mək­də­dir.
   Yu­bi­ley­lə əla­qə­dar yan­va­rın 31-də pay­tax­tın İs­tiq­la­liy­yət kü­çə­sin­də Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin şə­rə­fi­nə ucal­dıl­mış abi­də­nin önün­də mə­ra­sim təş­kil olu­na­caq. Hə­min gün ax­şam Azər­bay­can Döv­lət Aka­de­mik Mil­li Dram Teat­rın­da Mə­həm­məd Əmin Rə­sul­za­də­nin 130 il­lik yu­bi­le­yi­nə həsr olun­muş tən­tə­nə­li ge­cə ke­çi­ri­lə­cək.
   Rə­sul­za­də­nin An­ka­ra şə­hə­rin­də mə­za­rı­nın zi­ya­rə­ti və yu­bi­ley təd­bi­rin­də iş­ti­rak məq­sə­di­lə Azər­bay­can Res­pub­li­ka­sı mə­də­niy­yət və tu­rizm na­zi­ri­nin bi­rin­ci müa­vi­ni Va­qif Əli­ye­vin rəh­bər­li­yi ilə nü­ma­yən­də he­yə­ti Tür­ki­yə­yə sə­fə­rə ge­dib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar