Azərbaycanın Xalq artisti Nisə Qasımova 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlər üçün konsert verib.
Sənətçi torpaqlarımızın keşiyində duran əsgər və zabitləri Milli Qurtuluş Günü münasibətilə təbrik edərək onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb.
Xalq artisti əsgərlər qarşısında geniş konsert proqramı ilə çıxış edib. Rəngarəng musiqi nömrələri əsgərlərin sevincinə səbəb olub. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti gözəl konsert proqramına görə Nisə Qasımovaya minnətdarlığını bildirib. Qeyd olunub ki, bu cür tədbirlər düşmənlə üz-üzə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artırılmasında böyük rol oynayır.
Sonda hərbi hissə rəhbərliyi adından Xalq artisti Nisə Qasımovaya fəxri fərman təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar