Layihə çərçivəsində “Təbiət inciləri” fotomüsabiqəsinin yekun sərgisi

Sentyabrın 4-də “World Busiuness Center”də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsinin yekunlarına və bununla bağlı hazırlanmış kitabçanın təqdimatına həsr olunmuş mətbuat konfransı keçirəcək. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində məktəblilər arasında təşkil olunmuş “Təbiət inciləri” fotomüsabiqəsinin yekun sərgisinin keçirilməsi də nəzərdə tutulur.