2014-cü ildə Azərbaycan Respublikasının xalq artisti, tanınmış dirijor və bəstəkar Tofiq Qəzənfər oğlu Əhmədovun anadan olmasının 90 illiyi tamam olur.
Tofiq Əhmədov uzun illər ərzində estrada orkestrinin bədii rəhbəri və baş dirijoru kimi səmərəli fəaliyyət göstərmiş, ölkənin müasir musiqi mədəniyyəti xəzinəsinə layiqli töhfələr vermişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda estrada musiqisinin inkişafı və təbliği işində özünəməxsus xidmətləri olan Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Tofiq Əhmədovun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 fevral 2014-cü il.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar