Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı sərəncamlara əsasən, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, yazıçı-dramaturq Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev) Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilib.