Prezident İlham Əliyev fevralın 28-də Azərbaycanın tanınmış dövlət xadimi, SSRİ Dövlət mükafatı laureatı Əliş Cəmil oğlu Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 2014-cü ilin may ayında 100 illiyi tamam olan Əliş Ləmbəranski respublikada mühüm əhəmiyyətə malik sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində böyük xidmətlər göstərib. Sənəddə Mədəniyyət və Turizm Nazirliyinə Energetika Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə tanınmış dövlət xadimi Əliş Ləmbəranskinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar