![](/img/news/700x420/15832.jpg)
Mərasimi giriş sözü ilə MKS-nin direktoru İradə Allahverdiyeva açaraq Heydər Əliyevin Azərbaycanın yüksəlişi naminə gördüyü işlərdən danışıb. MKS-nin direktor müavini Təranə Məmmədova “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda məruzə edib.
MKS-nin 40 saylı Hacıbədəlli kənd kitabxanasında da ümummilli liderin anım gününə həsr edilmiş tədbir keçirilib. Çıxış edənlər böyük öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Orta məktəbin şagirdləri dahi şəxsiyyətə həsr olunmuş şeirlər söyləyiblər.