Dekabrın 11-də Qazax rayon Mərkəzi kitabxanasında Mehdi Hüseyn adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin 4 sinif şagirdlərinin iştirakı ilə ümummilli liderə həsr olunmuş “Azərbaycanın özü qədər əbədi” adlı anım mərasimi keçirilib.
Tədbiri sinif müəlliməsi Nərmin Yusifova açaraq Heydər Əliyevin xalqın birliyi, ölkəmizin qüdrəti naminə yorulmaz fəaliyyətindən danışıb. İnformasiya-resurs şöbəsinin operatoru Könül Əsgərova ümummilli liderin həmişə təhsilin, mədəniyyətin inkişafına xüsusi diqqət göstərdiyini bildirib.
Şagirdlər ulu öndərə həsr olunmuş bədii əsərlərdən parçalar, böyük liderin hikmətli fikirlərindən nümunələr söyləyiblər. Uşaqların ifasında “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” mahnısı səslənib.