Tər­tər ra­yon MKS-nin Mər­kə­zi ki­tab­xa­na­sın­da Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü­nə həsr olun­muş təd­bir ke­çi­ri­lib. Təd­bi­ri MKS-nin di­rek­to­ru U.­Qur­ba­no­va aça­raq bil­di­rib ki, bu bay­ram ay­rı-ay­rı öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar­la əla­qə­lər qur­maq, soy­daş­la­rı­mız ara­sın­da bir­lik və həm­rəy­lik ya­rat­maq işin­də mü­hüm rol oy­na­yır. MKS-nin direktor müa­vi­ni R.İs­ma­yı­lo­va, me­to­di­ka və bib­lioq­ra­fi­ya şö­bə­si­nin mü­di­ri Ə.­Sü­ley­ma­no­va, Mər­kə­zi ki­tab­xa­na­nın mü­di­ri Ş.Ə­li­ye­va qeyd edib­lər ki, bu əla­mət­dar ta­rix dün­ya­nın 70-dən çox öl­kə­sin­də azər­bay­can­lı­lar tə­rə­fin­dən qeyd olu­nur.
Təd­bir­də "Azər­bay­can - doğ­ma di­yar" baş­lıq­lı sər­gi nü­ma­yiş et­di­ri­lib. Son­da mək­təb­li­lər Azər­bay­ca­na, Ye­ni ilə həsr olun­muş şeir­lər söy­lə­yib­lər.

* * *
Ağ­ca­bə­di ra­yon Mər­kəz­ləş­di­ril­miş Ki­tab­xa­na Sis­te­mi­nin Mə­həm­məd Fü­zu­li adı­na Bo­yat kənd ki­tab­xa­na fi­lia­lın­da Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü mü­na­si­bə­ti­lə təd­bir ke­çi­ri­lib. Təd­bir­də kənd ic­ra nü­ma­yən­də­li­yi­nin, mə­də­niy­yət evi­nin, mu­si­qi mək­tə­bi­nin iş­çi­lə­ri, or­ta mək­tə­bin müəl­lim və şa­gird­lə­ri iş­ti­rak edib­lər.
Ki­tab­xa­na­nın di­rek­to­ru Təh­mi­nə Qu­li­ye­va, MKS-nin di­rek­to­ru İra­də Al­lah­ver­di­ye­va, di­rek­tor müa­vi­ni Tə­ra­nə Məm­mə­do­va, kənd or­ta mək­tə­bi­nin müəl­li­mi Va­qif Rüs­tə­mov, mu­si­qi mək­tə­bi­nin müəl­li­mi El­şad Əli­yev və baş­qa­la­rı çı­xış edə­rək bu ta­ri­xi gü­nün əhə­miy­yə­tin­dən söz açıb­lar. Mək­tə­bin şa­gird­lə­ri mu­si­qi və rəqs nöm­rə­lə­ri ilə çı­xış edib­lər, Həm­rəy­lik Gü­nü­nə həsr edil­miş şeir­lər söy­lə­yib­lər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar