Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin prio­ri­tet fəa­liy­yət is­ti­qa­mət­lə­rin­dən bi­ri də öl­kə­nin böl­gə­lə­rin­də mə­də­niy­yət və tu­riz­min in­ki­şa­fı­dır. Bu is­ti­qa­mət­də il ər­zin­də müx­tə­lif təd­bir­lər təş­kil olu­nub, la­yi­hə­lər hə­ya­ta ke­çi­ri­lib.

Öl­kə Pre­zi­den­ti­nin tap­şı­rı­ğı­na əsa­sən, mər­kə­zi ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı rəh­bər­lə­ri­nin hər ay şə­hər və ra­yon­lar­da və­tən­daş­lar­la gö­rüş­lə­ri ke­çi­ri­lir. Azər­bay­can Res­pub­li­ka­sı­nın mə­də­niy­yət və tu­rizm na­zi­ri Əbül­fəs Qa­ra­yev 28 yan­var ta­ri­xin­də Göy­çay, 21 fev­ral­da Xaç­maz, 30 mart­da Ağ­su, 28 ap­rel ta­ri­xin­də Ma­sal­lı, ma­yın 30-da Şəm­kir, iyu­nun 24-də Ab­şe­ron, 25 iyul ta­ri­xin­də Qax, 29 av­qust­da Qu­sar, 10 sent­yabr­da Qə­bə­lə, okt­yab­rın 31-də Ağ­dam, no­yab­rın 19-da As­ta­ra və de­kab­rın 10-da Sa­bi­ra­bad ra­yon­la­rın­da ət­raf böl­gə­lə­rin sa­kin­lə­ri­ni qə­bul edib. Qə­bul­lar za­ma­nı qal­dı­rı­lan bir çox mə­sə­lə­lər həl­li­ni ta­pıb, əha­li­nin müx­tə­lif xa­hiş və tə­şəb­büs­lə­ri ilə bağ­lı təd­bir­lər gö­rü­lüb. Ey­ni za­man­da ra­yon-şə­hər mə­də­niy­yət və tu­rizm müəs­si­sə­lə­ri rəh­bər­lə­ri­nin iş­ti­ra­kı ilə ke­çi­ri­lən zo­na mü­şa­vi­rə­lə­rin­də həl­li va­cib mə­sə­lə­lər­lə bağ­lı mü­za­ki­rə­lər apa­rı­lıb, tap­şı­rıq­lar ve­ri­lib.
İn­cə­sə­nət us­ta­la­rı­nın, ya­ra­dı­cı in­san­la­rın yer­lər­də sa­kin­lər­lə gö­rüş­lə­ri, bay­ram­lar­la bağ­lı qaç­qın və məc­bu­ri köç­kün­lər qar­şı­sın­da çı­xış­la­rı bu il də diq­qət mər­kə­zin­də olub. Mar­tın 16-18-də qaç­qın və məc­bu­ri köç­kün­lə­rin məs­kun­laş­dı­ğı Tər­tər və Go­ran­boy­da Nov­ruz bay­ra­mı mü­na­si­bə­ti­lə kon­sert proq­ra­mı təş­kil edi­lib. Martın 19-da Nov­ruz bay­ra­mı ərə­fə­sin­də, iyu­nun 13-də Mil­li Qur­tu­luş Gü­nü, 2 okt­yabr­da Qur­ban bay­ra­mı, 17 no­yabr­da Mil­li Dir­çə­liş Gü­nü mü­na­si­bə­ti­lə Sal­yan ra­yo­nun­da mü­vəq­qə­ti məs­kun­laş­mış məc­bu­ri köç­kün ai­lə­lə­ri­nə ər­zaq yar­dı­mı pay­la­nıb. İyu­nun 13-də Ab­şe­ron ra­yo­nu­nun Ma­sa­zır qə­sə­bə­sin­də Zən­gi­lan­dan olan məc­bu­ri köç­kün­lər üçün sa­lın­mış şə­hər­cik­də Mil­li Qur­tu­luş Gü­nü­nə həsr olun­muş kon­sert ke­çi­ri­lib. Şa­ma­xı, Qo­bus­tan, Qu­ba, Si­yə­zən, Bey­lə­qan, Fü­zu­li ra­yon­la­rın­da, Xo­ca­vənd ra­yo­nun­dan olan məc­bu­ri köç­kün­lər üçün sa­lın­mış şə­hər­cik­də ya­ra­dı­cı zi­ya­lı­la­rın əha­li ilə gö­rüş­lə­ri də ma­raq­la qar­şı­la­nıb.
Ta­nın­mış in­cə­sə­nət us­ta­la­rı­nın iş­ti­ra­kı ilə ke­çi­ri­lən ya­ra­dı­cı­lıq gö­rüş­lə­ri həm yer­li əha­li­nin, həm də məc­bu­ri köç­kün hə­ya­tı­nı ya­şa­yan soy­daş­la­rı­mı­zın öl­kə­miz­də mə­də­niy­yət sa­hə­sin­də əl­də olu­nan nai­liy­yət­lər ba­rə­də ge­niş mə­lu­mat al­ma­sı­na, gənc nəs­lin sə­nət adam­la­rı ilə ya­xın­dan ta­nış ol­ma­sı­na əla­və im­kan ya­ra­dıb.
Sent­yab­rın 8-də Le­rik ra­yo­nun­da Uzu­nö­mür­lü­lə­rin Ya­ra­dı­cı­lıq Fes­ti­va­lı ke­çi­ri­lib. İlk də­fə ke­çi­ri­lən fes­ti­val Azər­bay­ca­nın uzu­nö­mür­lü­lər di­ya­rı ki­mi təb­liğ edil­mə­si­nə, re­gion­la­ra­ra­sı mə­də­niy­yət mü­ba­di­lə­si­nin güc­lən­di­ril­mə­si­nə xid­mət edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar