Prezident İlham Əliyev martın 12-də “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. “Sənaye potensialının gücləndirilməsi”, “Təşkilati tədbirlər”, “Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi”, “Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi”, “Təbliğat və təşviqat işləri” bölmələrindən ibarət olan Tədbirlər Planında aidiyyəti qurumlar tərəfindən görüləcək işlər müəyyən edilib.
Sənəddə “Sənaye ili” ilə əlaqədar görülən işlər haqqında məlumatların kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılması, KİV nümayəndələrinin sənaye müəssisələrinə səfərlərinin təşkili məsələləri də əksini tapıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar