Mədəniyyət və Turizm Nazirliyinin layihəsi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında ortaq mədəni turizm məhsulunun yaradılmasını ehtiva edir

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) “Layihə dövriyyəsinin idarə edilməsi” sistemi çərçivəsində təqdim olunan layihələr dəyərləndirilib. Müxtəlif sahələr üzrə təqdim olunmuş 30-dan çox layihə arasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsi üzrə "Ümumi mədəni irs şəhərləri" adlı layihə də qalib elan olunub.
2013-cü ilin 2 sentyabrında elan olunmuş layihə çağırışına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim edilmiş layihə 6 ay müddətində bir neçə mərhələdən keçərək müvəffəqiyyət qazanan layihələr sırasına daxil edilib. Layihə Türkiyənin İnkişaf Bankının təqdim etdiyi qrant və Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Bu ilin aprel-sentyabr aylarında həyata keçiriləcək layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını ehtiva edir.
Layihənin məqsədi COMCEC regionunda beynəlxalq səviyyədə rəqabətli və davamlı turizm sahəsinin inkişafına nail olmaq və əsas turizm bazarlarında bu ölkələrin mədəni turizm resursları barədə məlumatlılığı artırmaqdan ibarətdir. Layihənin reallaşdırılması eyni zamanda iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsinə, dördtərəfli çərçivədə turizm mübadiləsinin artmasına, bu bölgəyə daha çox turistin cəlb edilməsinə, İslam mədəni irsinin qorunmasına və COMCEC regionunun tarixi və mədəni irsinin beynəlxalq səviyyədə təbliğatına xidmət edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar