Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Dəkkəoba kənd kitabxana filialı kənd orta məktəbi ilə birlikdə Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi ilə əlaqədar “Dur ayağa, məmləkətim!” başlığı altında ədəbi-bədii kompozisiya təşkil edib. Kitabxana filialının müdiri Z.Məmmədova, Dəkkəoba kənd orta məktəbinin direktor müavini S.Hüseynova şairin həyat və yaradıcılığı haqqında söhbət açıblar. Məktəbin 8-ci sinif şagirdləri Zəlimxan Yaqubun gözəl və dərin mənalı şeirlərindən nümunələr söyləyiblər.