Fevralın 18-də Sabirabad MKS-nin Qalaqayın kənd kitabxana filialında “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın direktoru Eldar Urufov açaraq, narkomaniyanın ümumbəşəri bəla olduğunu, ölkəmizdə istiqamətdə mübarizə sahəsində xeyli işlər görüldüyünü, müvafiq qanunların, dövlət proqramlarının qəbul edildiyini diqqətə çatdırdı.
Qalaqayın kənd kitabxana filialının müdiri Məlahət Nağıyeva, kənd bələdiyyəsinin sədri Mirnəsiyyət Məmmədovda narkotik vasitələrin insan həyatı üçün təhlükəsindən bəhs etdilər. Bildirildi ki, bütövlükdə cəmiyyət olaraq bu bəlanın qarşısını almaq üçün çalışmalıyıq.
Tədbirin sonunda Qalaqayın kənd Əli Qurbanov adına məktəbin müəllimləri Böyükkişi Haqverdiyev, Vüqar Fərzəliyev, Rahim Əsgərov məktəbin 10-cu və 11-ci sinif şagirdləri narkomanlığın orqanizmə mənfi təsiri barədə geniş mövzuda söhbətlər aparıblar.

Mərziyyə Babayeva,
Sabirabad MKS-nin Qalaqayın kənd kitabxanasının əməkdaşı