1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı qan yaddaşımıza əbədi həkk olunub. İllər ötsə də, bu faciənin ağrı-acısı heç vaxt azalmayacaq, üzəri qaysaq bağlamayacaq. Bu günlər ölkəmizin müxtəlif bölgələrində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım tədbirləri, xatirə mərasimləri keçirilir.
Şəki şəhər Mərkəzi kitabxanasının uşaq şöbəsində soyqırımının ildönümü ilə əlaqədar “Xocalı - qan verən yaramız” adlı ədəbi-bədii kompozisiya keçirilib. Şöbənin müdiri M.Rəsulova, biblioqraf K.Kərimova erməni cəlladlarının Xocalıdakı insanlığa sığmayan vəhşiliklərindən danışıb, bu soyqırımının bütün bəşəriyyətə qarşı cinayət olduğunu qeyd ediblər. Vurğulanıb ki, Xocalı qırğını Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək bir faciədir.
Sonra tədbir oxucuların hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.
* * *
Fevralın 20-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı bəşəriyyətin ən böyük cinayət aktıdır” mövzusunda rəsm sərgisi açılıb.
Mərkəzin direktoru Seyidzadə Şəfiyeva, rəsm studiyasının rəhbəri Aygün İbrahimova və şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov çıxış edərək sərginin gənclərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışıblar. Qeyd olunub ki, hər bir tarix o zaman xalqın yaddaşına həkk olunur ki, baş vermiş hadisələr həm də sənət əsərlərinin mövzusuna çevrilir. Xocalıda soyqırımının rənglərin dili ilə tamaşaçıya çatdırılması gənc nəslin Vətən amalını müqəddəs tutduqlarının bariz nümunəsidir.
Sərgidə mərkəzin rəsm studiyası üzvlərinin Xocalı soyqırımını və eyni zamanda xalqımızın mübarizlik əzmini əks etdirən əl işləri nümayiş etdirilib.
* * *
Fevralın 21-də Ağsu rayon Mərkəzi kitabxanasında Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə anım mərasimi keçirilib. Rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov Xocalı soyqırımının dəhşətli statistikasını diqqətə çatdırıb, bir gecədə 613 nəfərin, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qocanın amansızlıqla öldürüldüyünü bildirib. Digər çıxışlarda da erməni vandalizmindən, faciənin dəhşətlərindən söz açılıb. Sonda soyqırımına həsr olunmuş sənədli videoçarx nümayiş etdirilib.
* * *
Qubadakı Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə konfrans keçirilib. Mərkəzin direktoru Elza Orucova “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Xocalı qırğını XX əsrdə təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq tarixinə yazılan ən qanlı faciədir. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın 50-dən çox ölkəsində ictimaiyyət genosid aktı ilə bağlı məlumatlandırılıb.
Çıxışlardan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı” sənədli filmi nümayiş olunub.
* * *
Kürdəmir rayon Mərkəzi kitabxanasında “Xocalı - şəhid şəhər” adlı dəyirmi masa təşkil edilib. Tədbiri rayon MKS-nin direktor müavini İradə Mahmudova açaraq Xocalı soyqırımının insanlıq əleyhinə qanlı cinayət olduğunu bildirib. Qeyd edib ki, bu faciə iki yüz ilə yaxın müddətdə erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir.
Xidmət şöbəsinin baş kitabxanaçısı Məhinə Şirəliyeva, uşaq şöbəsinin müdiri Xatirə Soltanova, metodika və biblioqrafiya şöbəsinin müdiri Növrəstə Qəhrəmanova və digər çıxış edənlər faciənin dəhşətlərindən, onun dünya miqyasında tanıdılmasının vacibliyindən bəhs ediblər.
Sonda rayon məktəblilərinin ifasında faciə ilə bağlı ədəbi kompozisiya təqdim olunub.
* * *
Beyləqan Tarix-Diyarşünaslıq Muzeyində "Xocalının fəryadı" adlı mühazirə və foto-sərgi təşkil edilib. Rayon məktəblərinin iştirakı ilə "Xocalı soyqrımı uşaqların gözü ilə" adlı açıq dərslər keçirilib.
* * *
Şabran Tarix-Diyarşünaslıq Muzeyində faciənin 23-cü ildönümü ilə əlaqədar "Xocalı - qanlı tarix" adlı tədbir keçirilib. Tədbir çərçivəsində məktəblilərin əl işlərindən ibarət "Xocalı harayı" adlı rəsm sərgisi təşkil olunub.