Zərdab rayon Mərkəzi kitabxanasında “Ana dilimizi sevək, qoruyaq!” adlı ədəbi-bədii kompozisiya keçirilib. MKS-nin direktoru Nailə Əliyeva, uşaq şöbəsinin multimedia resursları üzrə mütəxəssisi Elnarə Salikova, xidmət şöbəsinin abonement bölməsinin müdiri Cəmalə Feyzullayeva mövzu ilə bağlı çıxış ediblər.
3 saylı məktəbin şagirdləri ana dilinə aid şeirlər söyləyiblər. Sonda “Ana dilimizi sevək, qoruyaq” başlığı altında təşkil olunmuş sərgidə nümayiş etdirilən kitab və digər nəşrlər haqqında oxuculara məlumat verilib.
* * *

Tərtər rayon Mərkəzi kitabxanasında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə ictimaiyyət nümayəndələri, müəllim və şagird kollektivi, mədəniyyət işçiləri iştirak ediblər. MKS-nin direktoru U.Qurbanova, kitabxananın müdiri Ş.Əliyeva, metodika-biblioqrafiya şöbəsinin müdiri Ə.Süleymanova çıxış edərək hər bir millətin, xalqın formalaşmasının başlıca meyarı kimi ana dilinin əhəmiyyətindən söz açıblar. Tədbirdə “Dilimiz milli varlığımızdır” başlıqlı sərgi nümayiş etdirilib, məktəblilər Azərbaycana, doğma dilimizə həsr olunmuş şeirlər söyləyiblər.