Martın 5-də Oğuz rayon MKS-nin oxu zalında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Anadan əziz, yenə anadır” adlı tədbir keçirilib. MKS-nin direktoru S.Mikayılova, Əməkdar müəllim M.Əsədova, MKS-nin xidmət şöbəsinin müdiri N.Manafova, kitabxananın işçisi A.Cəfərova mövzu ilə bağlı fikirlərini bölüşüblər. Şəhər 1 saylı orta məktəbin şagirdləri qadına, anaya aid şeirlər səsləndiriblər.
* * *
Martın 4-də Abşeron rayon Mədəniyyət mərkəzi, rayon MKS-nin Mərkəzi kitabxanası və 8 saylı Novxanı kənd kitabxana filialı Novxanı kəndində Beynəlxalq Qadınlar Günü münasibətilə ədəbi-bədii tədbir keçirib. Mədəniyyət mərkəzinin nəzdində yaradılmış “Çıraq” poeziya klubu, Mərkəzi kitabxananın nəzdindəki “Od parçası” ədəbi məclisinin üzvləri və muğam ifaçılarının iştirak etdiyi tədbirdə Mədəniyyət mərkəzinin “Xəzri” ansamblı, Novxanı kənd sənətkarlıq klubunun “Xəzər ulduzları” rəqs qrupu da çıxış edib.