Martın 3-də Qax Rayon İcra Hakimiyyətinin binası qarşısında Od çərşənbəsi münasibətilə mərasim təşkil edilib. Meydan Novruz əhval-ruhiyyəsini əks etdirən şəkillərlə bəzədilib. S.Vurğun adına rayon Mədəniyyət evinin “Arzu” ansamblının, uşaq incəsənət məktəbi şagirdlərinin ifasında mahnılar ifa edilib. Tonqal ətrafında rayonun mədəniyyət evlərinin folklor kollektivlərinin ifa etdikləri rəqslər tədbirə xüsusi rəng qatıb.