Aprelin 11-də Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası turizm nazirlərinin I görüşü keçiriləcək. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə iştirak etmək üçün İstanbula gedib. Görüş bu ilin yayında Türkiyədə təşkil olunacaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısına hazırlıq məqsədi daşıyır. Aprelin 10-da Şuranın turizm üzrə işçi qrupunun ikinci iclası olub. İşçi qrupun birinci iclası ötən ilin dekabrında İstanbulda gerçəkləşmişdi.
Turizm nazirlərinin görüşünün keçirilməsində məqsəd tarixi İpək Yolu üzərində yerləşən və quruma üzv ölkələr arasında turizm sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, xalqların tarixi-mədəni mirasları ilə təbii gözəlliklərinin təbliğinin gücləndirilməsidir. Gündəlikdə İpək Yolu üzərində ortaq turizm paketinin özəl sektorla əməkdaşlıq içərisində reallaşdırılması, peşə təhsili, üzv və üçüncü ölkələrdə müştərək turizm sərgilərinin, infoturların təşkili və s. məsələlər yer alıb. Görüşdə turizm sahəsində əməkdaşlığa dair protokol imzalanacaq.
Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti turizm mövzusuna həsr olunacaq. Bu təşəbbüs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qurumun ötən ilin avqustunda Qəbələdə keçirilən III zirvə toplantısında irəli sürülüb.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar