Saatlı rayon Mərkəzi kitabxanasında Xalq şairi Zəlimxan Yaqubun 65 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib. Mərasimdə çıxış edən MKS-nin direktoru Sakit Bağırov, MKS-nin böyük metodisti, Əməkdar mədəniyyət işçisi Mehdi Mehdizadə, Təhsil Şöbəsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru Şöhrət Qaraoğlu şairin həyat və yaradıcılığından, şeirlərinin bədii məziyyətlərindən danışıblar. Tədbir çərçivəsində Xalq şairinin kitabxanada olan kitablarından ibarət sərgi nümayiş etdirilib.