Ağcabədi rayon MKS-də “Bakı-2015” Avropa Oyunları ilə bağlı təbliğat işlərinə dair tədbirlər planı tərtib olunub. Mərkəzi kitabxanada və filiallarda Avropa Oyunları başlıqlı sərgi və fotostendlər qurulub, bukletlər, metodik və biblioqrafik məlumatlar hazırlanıb. Eyni zamanda “Bakı-2015” I Avropa Oyunları Avropanın idman və mədəniyyət aləmi üçün tarixi hadisədir” başlıqlı silsilə tədbirlər təşkil edilib.