Mayın 12-dən 18-dək Bakıda Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və M.L.Rostropoviç Mədəniyyət və Humanitar Proqramlar Fondunun birgə təşkilatçılığı ilə VII Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək.
Dünya şöhrətli musiqiçinin adını daşıyan fondun rəsmi saytında festival haqqında geniş məlumat yer alıb. Festivalın bədii rəhbəri, maestronun qızı Olqa Rostropoviç qeyd edib ki, 2007-ci ildən Bakıda keçirilən bu sənət bayramı ənənəvi olaraq dünyanın bir çox ölkələrindən görkəmli ifaçıları və kollektivləri bir araya gətirir.
Budəfəki festivalda dünya şöhrətli violonçel ifaçısı və dirijor David Qerinqas, Van Klibern adına Beynəlxalq müsabiqənin laureatı Vadim Xolodenko, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin aparıcı solistləri, Mstislav Rostropoviç Fondunun təqaüdçüləri çıxış edəcək. P.İ.Çaykovski adına Beynəlxalq müsabiqə laureatı Sergey Doqadin (skripka), Kraliça Yelizaveta müsabiqəsinin laureatı Denis Kojuxin (fortepiano) Bakıda ilk dəfə çıxış edəcəklər.
Festival çərçivəsində Sankt-Peterburq Filarmoniyasının Rusiya Akademik Simfonik Orkestrinin, həmçinin ilk dəfə olaraq italyan dirijoru Robert Trevinyonun idarəçiliyi ilə Monte-Karlo Filarmonik Orkestrinin konserti olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar