Zaqatala rayon Mərkəzi kitabxanasında 2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə “Kitab nəsillərin vəsiyyətidir” mövzusunda ədəbi-bədii gecə keçirilib. Əvvəlcə tədbir iştirakçıları kitabxananın oxu zalında uşaqların müxtəlif mövzularda əl işlərindən ibarət sərgilərlə tanış olublar.
MKS-nin direktoru Gülniyar Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Zaqatala rayon şöbəsinin müdiri Cövhərət İbrahimova və uşaq şöbəsinin müdiri Ayşə Rəşidova çıxış edərək əlamətdar günün tarixindən və əhəmiyyətindən danışıblar.
Balacalar rəqslər, mahnılar, şeirlər ifa ediblər. Hüseyn Cavidin “Məktəbli qız” və Abbas Səhhətin “Ayı və şir” şeirləri əsasında hazırlanan səhnəciklər qonaqların marağına səbəb olub.