Aprelin 7-də Sabirabad rayon MKS-nin Mərkəzi kitabxanasında “Milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda yığıncaq keçirildi.
Toplantıda çıxış edən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsindən danışdı, bu işdə kitabxanaçıların rolundan söz açdı.
Fikir mübadiləsi şəraitində keçən tədbirdə Mərkəzi kitabxananın direktoru Eldar Urufov xalqın milli-mənəvi irsinin, genetik yaddaşının, tarixi kimliyinin, özünəməxsusluğunun gələcək nəsillərə ötürülməsində kitabxanaların rolundan bəhs etdi. Direktor müavini Nazakət Salmanova vətənpərvər ziyalılarımızın kitabxanaya cəlb olunması haqqında məlumat verdi. Abonement bölməsinin kitabxanaçısı N.Gözəlova, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Solmaz Cəfərova, komplektləşmə və kitabişləmə şöbəsinin müdiri Svetlana Hüseynova və başqaları mövzu ilə bağlı çıxış etdilər.

Arifə Güləliyeva,
Sabirabad rayon Mərkəzi kitabxanasının şöbə müdiri