Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən muzeyin direktoru Xalis Məmmədov əlamətdar günün tarixindən danışıb. Bildirib ki, 1983-cü ildən qeyd olunan bu gün hər bir abidənin qorunması, yaşadılması üçün böyük zəmin yaradıb.
Qeyd olunub ki, hər il tarixi abidələrlə zəngin olan Qəbələyə, o cümlədən tarix-diyarşünaslıq muzeyinə məktəblilərin ekskursiyası təşkil edilir, onlara keçmişin yadigarları haqqında məlumat verilir. Sonda tədbir iştirakçıları Xalis Məmmədovun 1980-ci illərdə çəkdiyi bir neçə fotomateriala baxıblar.