Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin tədbirlər planına uyğun olaraq aprelin 17-də Şabran şəhər Mədəniyyət evinin “Çıraqqala” zurnaçılar xalq kollektivi və Dağbilici kənd Mədəniyyət evinin “Xınayaxdı” folklor kollektivinin DVD diskinin təqdimatı keçirilib.
Tədbiri Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əhməd Səmədov açaraq Şabran rayonunda folklorun inkişafından və əldə edilən nailiyyətlərdən bəhs edib. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin mədəni irs şöbəsinin müdiri Cabbar Süleymanov folklorun gənclər arasında təbliğindən danışıb.
“Çıraqqala” zurnaçılar xalq kollektivinin rəhbəri Rasim Ağasızadə və “Xınayaxdı” folklor kollektivinin rəhbəri Bayram Ağasıyev layihənin əhəmiyyətindən, “Xaqani” poeziya evinin direktoru Aybəniz Əliyar Azərbaycan folklorunun təbliği ilə bağlı görüləcək işlərdən söz açıblar. Sonda DVD disk nümayiş olunub.