Aprelin 24-dən 27-dək Macarıstanın paytaxtı Budapeştdə XXI Beynəlxalq Kitab Festivalı keçiriləcək. Beynəlxalq tədbirdə ölkəmizin, zəngin mədəniyyətimizin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və nazirliyin mətbuat katibi İntiqam Hümbətov 23-28 aprel tarixində Budapeşt şəhərində səfərdə olacaqlar.
Stendimizdə dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə dair, həmçinin ölkəmizin turizm imkanlarını təbliğ edən Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəfis tərtibatlı çap məhsulları ziyarətçilərə təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar