Aprelin 23-də Şamaxı rayon Mərkəzi kitabxanasında 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar sərgi açılıb.
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Rəfail Tağızadə, Əmək və Müharibə Veteranları Şurasının sədri Ağarza Bayramov, MKS-nin direktoru Ərəstun Xələfov, şöbə müdiri Afaq Səttarzadə, böyük metodist Hicran Məmmədova çıxış edərək Azərbaycan xalqının bu müharibədəki əzmkarlıq və qəhrəmanlığından danışıb, bu gün dövlət tərəfindən müharibə veteranlarına göstərilən qayğıdan bəhs ediblər.
Müharibə veteranı Mirağa Əhlimanov keçdiyi döyüş yolundan tədbir iştirakçılarına söhbət açaraq, xatirələrini bölüşüb. Mərkəzi kitabxananın kollektivi adından müharibə veteranına xatirə hədiyyəsi təqdim edilib.