Aprelin 28-də Bakı şəhər 238 saylı tam orta məktəbdə Laçın rayon 1 saylı uşaq musiqi məktəbi və Laçın Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib. Məlumat verilib ki, Laçın Dövlət Rəsm Qalereyası tərəfindən 2008-ci ildən etibarən ümummilli liderə həsr olunmuş müsabiqə keçirilir və qaliblərin əsərlərinin sərgisi təşkil olunur.
Məktəbin foyesində nümayiş olunan budəfəki sərgi də iştirakçıların böyük marağına səbəb olub. Tədbir iştirakçılarına laçınlı gənclər tərəfindən çəkilmiş rəsmlər haqqında məlumat verilib. Onu da qeyd edək ki, müsabiqə qaliblərinin əl işləri respublika səviyyəli tədbirlərdə də sərgilənir.