Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi davam edir. Musiqi təhsilinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan müsabiqə 2 turdan ibarətdir və 6 ixtisas (tar, kamança, qanun, qarmon, saz, balaban) üzrə keçirilir. Müsabiqənin ilk turu regionları əhatə edir. İştirakçıların çıxışlarını Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Ramiz Quliyevin sədrliyi ilə münsiflər heyəti qiymətləndirir.
Müsabiqənin zona seçimi aprelin 14-də Mingəçevirdə başlanıb, sonra 21-23 aprel tarixində Şəki şəhərində davam edib. 24-25 apreldə növbəti seçim Xaçmaz şəhərində gerçəkləşib. Burada Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı, Şabran rayonları və Xudat şəhərinin uşaq musiqi və incəsənət məktəblərindən 50-dək şagird tar, kamança, qarmon ixtisasları üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Mayın 26-da isə Xaçmaz şəhər uşaq musiqi məktəbində tar, kamança, qarmon ixtisasları üzrə ustad dərsləri keçirilib, metodiki tövsiyələr verilib. Ustad dərslərində sözügedən bölgələrin musiqi və incəsənət məktəblərindən 60-a yaxın müəllim və şagird iştirak edib.
Bölgələrdə I tur başa çatdıqdan sonra mayın 14-də Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbində II tura start veriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar