Tərtər rayon MKS-də faşizm üzərində Qələbənin 70 illiyi ilə əlaqədar “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı tədbir keçirilib. Tədbirdə II Dünya müharibəsinin dəhşətlərindən söz açılıb, müharibə veteranları xatirələrini bölüşüblər. “Unutsaq, unudularıq”, “Bu Vətən, bu torpaq unutmaz sizi”, “Böyük Vətən müharibəsi bədii ədəbiyyatda”, “Xatirə kitabı”, “Azərbaycanlı Sovet İttifaqı qəhrəmanları” və s. başlıqlı kitab sərgiləri nümayiş etdirilib. Sonda şagirdlər vətənpərvərlik mövzulu şeirlər söyləyiblər.