Aprelin 30-da Şirvan şəhər Mərkəzi kitabxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynovanın “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” kitabının müzakirəsi keçirilib. Kitab müharibədə həlak olmuş və zərər çəkmiş uşaqlara həsr olunub.
Şirvan şəhər MKS-nin direktoru İltifat Nəbiyev, kitabxananın əməkdaşları Vəzufə Xuduyeva, Alma Cəfərova, Kəmalə Quliyeva və digər çıxış edənlər xalqımıza qarşı tarixən törədilən ağır cinayətlərdən, soyqırımlarından söz açıblar. Bildirilib ki, nəşrdə bütün bunlar real faktlar əsasında öz əksini tapıb. Kitabda təqdim olunan məlumatlar işğal olunmuş rayonların və şəxsi arxivlərin materialları əsasında tərtib olunub.