Mayın 14-də Xaçmaz şəhərindəki Fəvvarələr parkında rayon MKS-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş kitab bayramı keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev, mədəniyyət və təhsil müəssisələrinin kollektivləri iştirak ediblər. “Milli dövlətçiliyimizin memarı”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Bakı -2015” I Avropa Oyunları” və s. mövzuda 2 min nüsxədən çox ədəbiyyat oxuculara təqdim edilib. Mərasim mərkəzin “Gənclik” ansamblının geniş konsert proqramı ilə başa çatıb.
* * *
Mayın 15-də Qazax rayon MKS-nin təşkilatçılığı ilə Mədəniyyət mərkəzinin qarşısında ümummilli liderin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kitab bayramı keçirilib. “Bir adın var: Fövqəlbəşər” adlı tədbirdə ulu öndərin tariximiz, mədəniyyətimiz, kitabxanalar haqqında dediyi hikmətli sözlərlə bəzədilmiş stendlər, “Əzəli-əbədi torpağımsan, Qarabağ”, “Şairlər vətəni - Qazağım mənim” və s. başlıqlı kitab sərgiləri nümayiş olunub. MKS-nin direktoru Solmaz Babanlı, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev və digər çıxış edənlər kitab bayramının əhəmiyyətindən danışıblar.
* * *
Qobustan rayon MKS ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kitab bayramı keçirib. Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan yüzlərlə kitab, jurnal və elektron vəsait nümayiş etdirilib. Kitab bayramında “Heydər Əliyev - 92”, “Müstəqilliyimiz əbədidir”, “Müqəddəs Qayıdış”, “Dünya şöhrətli siyasətçi”, “Nəsillərə örnək şəxsiyyət”, “Heydər Əliyev yolu ilə”, “Heydər Əliyev və mədəniyyət”, “Qədim, doğma, Qobustanım”, “Qarabağım qan yaddaşım”, "Bakı-2015” Avropa Oyunları" və s. başlıqlar altında 700-dən çox ədəbiyyat nümayiş olunub.
* * *
Mayın 15-də Cəbrayıl Rayon Mədəniyyət və Turizm Şöbəsinin və Mərkəzi kitabxananın təşkilatçılığı ilə Biləsuvardakı 6 saylı qəsəbə klubunda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kitab bayramı keçirilib. MKS-nin direktoru Vasif Quliyev kitabxananın fondunda olan kitab və elektron nəşrlər barədə məlumat verib, əhalinin informasiyaya olan tələbatının ödənilməsindən danışıb. Tədbirin bədii hissəsində xanəndələrin ifasında konsert proqramı təqdim olunub.
* * *
Mayın 19-da Lerik şəhərinin fəvvarə meydanında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kitab və rəsm sərgiləri nümayiş etdirilib. Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov sərgi haqqında məlumat verib. Tədbir iştirakçıları sərgidə nümayiş etdirilən kitablara və ulu öndərə həsr olunmuş rəsm əsərlərinə baxıblar. Sonda fəal oxuculara, bədii qiraət ustalarına və rəsm müsabiqəsi qaliblərinə diplomlar təqdim edilib.
* * *
Ucar rayon Heydər Əliyev adına parkda ümummilli liderin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar kitab və gül bayramları təşkil olunub. MKS-nin direktoru Bəsirə Abbasova, rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov əlamətdar günlə bağlı iştirakçıları təbrik ediblər. Sonra sərgiyə baxış keçirilib, şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar