Mədəniyyət və Turizm Nazirliyi və Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İlham Əliyev zirvəsi”nə yürüş təşkil olunub. Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunan yürüşə Ağstafa rayon Qıraq Kəsəmən kənd orta məktəbinin yuxarı sinif şagirdləri qatılıblar. Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət institutlarının aparıcı elmi işçiləri Mansur Mansurov və İmaş Hacıyev də iştirak ediblər.
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev yürüş iştirakçılarına ərazidəki tarixi məkanlar haqqında məlumat verib. Maraqlı faktlar şagirdlərdə zəngin təəssürat yaradıb.
Tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü əks etdirən plakat və bayraqlarla “İlham Əliyev zirvəsi”nə yürüşlə başa çatıb.