Bərdə rayon Mərkəzi kitabxanasında 28 May - Respublika Günü münasibətilə dəyirmi masa keçirilib. Çıxışlarda qeyd olunub ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, xalqımızda azadlıq, müstəqillik ideallarını daha gücləndirib və onu gələcəyə miras qoyub. Tədbir iştirakçıları “Müstəqilliyimiz əbədidir” adlı sərgiyə baxıblar.
* * *
Respublika Günü münasibətilə Zərdab rayon Mərkəzi kitabxanasında “Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı tədbir təşkil olunub. MKS-nin direktoru Nailə Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yolundan söz açıb. Şagird və uşaq bağçasının fidanlarının ifa etdiyi bir-birindən gözəl şeirlər tədbirə rəng qatıb.
* * *
Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında Respublika gününə həsr olunmuş tədbir keçirilib. MKS-nin direktoru Seyfəddin Feyzullayev, 3 saylı şəhər kitabxanasının müdiri Ofeliya Qədirova və böyük kitabxanaçı Afət Hüseynova Cümhuriyyət dövrünə bir daha nəzər salıb onun tariximizdəki yeri və rolu haqqında danışıblar. Tədbir iştirakçıları “28 May - Respublika Günüdür” adlı sərgi ilə tanış olub. Məktəblilər şeirlər söylədilər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar