Ağcabədi rayon Mərkəzi kitabxanasının uşaq şöbəsi Günərzi Qayğı Mərkəzinin qüsurlu və imkansız uşaqları üçün “Nağıllar aləminə səyahət” başlıqlı tədbir təşkil edib. İştirakçılar “Səyyar nağıllar” başlığı altında kitablar və disklərdən ibarət sərgi ilə tanış olublar. MKS-nin direktoru İradə Allahverdiyeva qeyd edib ki, Mərkəzi kitabxananın uşaq şöbəsində “Nağıl otağı”nın tərtibatına başlanılıb və o, tezliklə uşaqların xidmətinə veriləcək. Mərkəzin direktoru Aytən Abışova kitabxana əməkdaşlarına öz minnətdarlığını bildirib.