Zaqatala şəhərindəki Dədə Qorqud parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ənənəvi kitab bayramı keçirilib.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə gerçəkləşən bayramın iştirakçıları müxtəlif başlıqlı kitab stendləri, əl işlərindən və qədimi əşyalardan ibarət sərgilərlə tanış olublar.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayon ictimaiyyəti, şagird və tələbələr, kitabxananın fəal oxucuları iştirak edirdilər. Tədbir çərçivəsində təşkil olunmuş “Nağıl otağı” balaca kitabsevərlərin xüsusilə xoşuna gəlib. Kitabxananın uşaq şöbəsinin, III Tala kənd kitabxanasının oxucularının ifasında təqdim olunan səhnəciklər də maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar