Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Xalq şairi Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, 2014-cü ilin dekabr ayında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq şairi Hüseyn Arifin anadan olmasının 90 ili tamam olacaq. Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib və milli ədəbiyyata töhfələr verib.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar