Bölgələrdə 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə tədbirlər keçirilib.

İyunun 23-də Ağdaş rayon Mərkəzi kitabxanasında keçirilən “Narkomaniyaya qarşı mübarizədə ictimaiyyətin rolu” mövzusunda görüşdə MKS-nin direktoru Seyfəddin Feyzullayev bəşəri bəlanın tarixi barədə qısa məlumat verib. Rayon Polis Şöbəsinin rəis müavini Oruc Əzizov və polis veteranları şurasının sədri Elman Qurbanov, inspektor İlqar Vəliyev çıxış edərək bildiriblər ki, narkotik vasitələrdən istifadə milli genofondumuza ağır təsir göstərir. Qeyd olunub ki, bu zərərli vərdişdən qorunmaq məqsədilə rayonun mədəniyyət müəssisələrində müxtəlif maarifləndirici tədbirlər keçirilir.
* * *
İyunun 23-də Bərdə rayon Mərkəzi kitabxanasında Gənclər və İdman İdarəsi ilə birlikdə “Narkomaniyaya qarşı mübarizə hamının və hər kəsin borcudur” adlı dəyirmi masa keçirilib. Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov bildirib ki, narkomaniyaya aludə olanlar arasında gənclərin sayının artması təəssüfedici fakt kimi diqqətə çatdırıb. MKS-nin direktoru Havva Mirzəyeva, Polis Şöbəsinin əməkdaşı Elçin Talıbov və Səhiyyə Şöbəsinin narkoloq həkimi Gündüz Sadıqov mövzu ilə bağlı çıxış ediblər. İştirakçılar məktəblilərin “Narkomaniyaya yox deyək” adı altında çəkdikləri rəsmlərin sərgisi ilə tanış olublar.
* * *
Quba rayon MKS-nin Mərkəzi kitabxanasında “Narkomaniyaya yox deyək” adlı maarifləndirici dəyirmi masa keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov və digər çıxış edənlər qeyd ediblər ki, narkomaniyanı təkcə hüquq-mühafizə orqanlarının gücü ilə aradan qaldırmaq olmaz, cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidir. Buraya təhsil ocaqlarında, hüquq-mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirmə kampaniyaları daxildir. Sonda “Narkomaniyaya yox deyək” adlı sənədli film nümayiş olunub.
* * *
Astara rayon Mərkəzi kitabxanasında rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Dünyamızı narkomaniya bəlasından qoruyaq” mövzusunda seminarda MKS-nin direktoru Tural Eyvazov, Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Əliağa Novruzov, Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Vüsal Babayev və digər çıxış edənlər ümumbəşəri bəlanın fəsadlarından söz açıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar