Prezident İlham Əliyev mayın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında fərman imzalayıb. Fərmanda bildirilir ki, elmi-texniki nailiyyətlərin insan həyatına sürətlə daxil olduğu, qloballaşma meyllərinin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan cəmiyyətində müxtəlif elm sahələri üzrə biliklərin artırılması və rəqabətədayanıqlı insan kapitalının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Fərmana əsasən, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılıb.
Nazirlər Kabinetinə Bilik Fondunun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını təsdiq etmək, Ədliyyə Nazirliyinə qurumu dövlət qeydiyyatına almaq tapşırılıb.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar