Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Fondun prezidenti Mehriban xanım Əliyeva mərasimdə çıxış edərək qurumun ötən müddətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət barədə danışıb. Qeyd olunub ki, Fond Azərbaycan mədəni irsinin qorunmasına, dünyada təbliğinə mühüm töhfələr verib: “Biz dünyanın müxtəlif ölkələrində Azərbaycan günləri və Azərbaycan gecələri keçirməklə Azərbaycanın keçmişini, tarixini, mədəniyyətini, bu gününü, müstəqil Azərbaycanın nailiyyətlərini bütün dünyaya tanıtmaq istəyirik. Belə görüşlərdə insanlar Azərbaycanı özləri üçün yenidən kəşf edirlər”.
Mərasimdə Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2014-cü il üzrə qalibləri elan olunub.
Azərbaycanın musiqi mədəniyyətinin təbliğində fəal iştirakına görə dirijor, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayevə “Qızıl çinar” beynəlxalq mükafatı təqdim edilib.
İki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və xalqlararası mədəni mübadilənin inkişafına verdiyi töhfələrə görə Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutora “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunub.
Beynəlxalq arenada Azərbaycan muğamını, qədim musiqi sənətimizi özünəməxsus ifası ilə milyonlara sevdirən Xalq artisti Alim Qasımova, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi layihələrə fəal dəstəyinə görə Fransa senatoru xanım Natali Quleyə də “Qızıl çinar” mükafatı təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar