Qəbələ rayonuna gələn çoxsaylı yerli və xarici turistlərin baş çəkdikləri məkanlardan biri də tarix-diyarşünaslıq muzeyidir. Muzeyin işçiləri ziyarətçiləri ekspozisiya zalları ilə həvəslə tanış edir, rayonun zəngin tarixi barədə ətraflı məlumat verirlər. İyulun 6-da muzeydə “Tarixi səhifələyərkən” adlı tədbir keçirilib. Muzeyin elmi işçisi İlhamə Seyidovanın elmi araşdırmalardan ibarət mühazirəsi dinlənilib. Tarixi faktlara aydınlıq gətirən muzey eksponatlarına baxış keçirilib.