18 may - Beynəlxalq Muzeylər Günü ənənəvi olaraq bu il də ölkəmizdə geniş şəkildə qeyd olunacaq. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə respublika muzeylərində müxtəlif tədbirlərin təşkili və Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin çağırışına qoşularaq "Muzeylər gecəsi" aksiyasında iştirak nəzərdə tutulub.
Mayın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində Bakı şəhərinin və yaxın rayon muzey və qoruq muzeylərinin və əlaqəli təşkilatların iştirakı ilə təntənəli bayram tədbiri keçiriləcək. Tədbirdə “Azərbaycan muzeyləri” informasiya bülleteninin birinci nömrəsi təqdim olunacaq. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı çıxış edəcək. Həmçinin "British petrolium" şirkətinin dəstəyi ilə Milli İncəsənət Muzeyi tərəfindən keçirilmiş "Azərbaycan incəsənəti fotoqrafların gözü ilə" adlı müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi olacaq.
Mayın 17-də səhər saat 10.00-dan gecə saat 01.00-dək Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksində "Muzeylər gecəsi" aksiyasında Bakı və digər region muzeylərinin iştirakı ilə geniş bədii, musiqili, əyləncəli tədbirin keçirilməsi, müxtəlif muzeylərin səyyar sərgilərinin təqdimatı nəzərdə tutulub. Aksiya çərçivəsində bütün respublika muzeylərində "Açıq qapı" elan ediləcək. Muzeylərin iş vaxtı gecə saat 01.00-dək uzadılacaq. Mayın 18-i də bütün muzeylərdə "Açıq qapı" günü olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar