Yay tətili günlərində uşaqların asudə vaxtlarını daha səmərəli keçirməsi üçün Balakən rayon Mərkəzi kitabxanasının uşaq şöbəsində balaca oxucular üçün “nağıl otağı” yaradılıb.
Kitabxanadan bildiriblər ki, uşaqlar burada “Səsli nağıl dünyası”, “Nağıllarımızı yaşadaq” adlı sərgilərlə tanış olur, Azərbaycan və dünya xalqlarının nağıllarının audio yazılarına qulaq asırlar. Otaqdakı rəflərə xalq nağılları əsasında hazırlanmış maketlər düzülüb, divardan nağıl qəhrəmanlarının şəkilləri asılıb.
“Nağıl otağı” qısa müddət ərzində kitabxananın balaca oxucularının sevimli məkanına çevrilib.