Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyində “Daş abidələrimiz” mövzusunda dəyirmi masa təşkil olunub.
Muzeyin həyətində açıq səma altında müxtəlif əsrlərə aid xeyli daş abidələrə və zalda ekspozisiyada olan digər tarixi nümunələrə baxış keçirilib. Muzeyə gələn ziyarətçilər ilk olaraq burada daş qoç, sütun altlıqları, namaz daşları, sarkofaq və digər qəbir daşlarından nümunələrlə tanış olurlar.
Direktor Xalis Məmmədov hər bir abidə haqqında məlumat verib. Xalqımızın qədim tarixini əks etdirən bu abidələr muzey işçiləri tərəfindən qorunur və gələcək nəsillər üçün yadigar saxlanılır.