Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 iyun 2014-cü il tarixli "Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamına uyğun olaraq Ağstafa şəhərində inşasına başlanılan Musiqi və İncəsənət Mərkəzinin tikintisi davam etdirilir.
Rayon İcra Hakimiyyətindən bildiriblər ki, artıq mərkəzin konsert salonunun dam örtüyü vurulub və binaya arxitektura baxımdan gözəllik verən arxa fasad hissəsi tamamlanıb. Hazırda binanın sinif otaqları, zal və foyesində, eləcə də yardımçı otaqlarda daxili tamamlama işləri aparılır. Tikintidə layihə üzrə nəzərdə tutulan işlərin sürətlə aparılması təmin edilir.